Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov çərşənbə axşamı Rusiyaya səfər edəcək və rusiyalı lider Vladimir Putin ilə danışılar aparacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 1-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Rusiyaya işgüzar səfər edəcək”, - məlumatda deyilir.
Yüksək səviyyədə danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas mövzularının nəzərdən keçiriləcəyi gözlənilir. Aktual regional məsələlər üzrə fikir mübadiləsinin olacağı da ehtimal edilir.
N.O.