Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, R. Maya Azərbaycanla Braziliya arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə təltif edilib.
N.O.