Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkənin qadınlarına musiqili hədiyyə hazırlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “CA-NEWS”məlumat yayıb.
Dövlət telekanalında yayımlanan video-çarxda ölkə başçısı həm müğənni, həm də dicey qismində müxtəlif mahnılar ifa edir.
Yeni yayılan video-çarxın “8 mart” beynəlxalq qadınlar günü münasibətilə hazırlandığı bildirilir.
F.M.
www.oxu.az