Avropa İttifaqının sədri Donald Tusk vurğulayıb ki, Aİ-nin keçmiş SSRİ ölkələri ilə inteqrasiya üzrə “Şərq tərəfdaşlığı” layihəsi Rusiyaya qarşı yönəlməyib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Tusk bu barədə Şərq tərəfdaşlığı sammitində bəyan edib.
“Mən, eləcə də “Şərq tərəfdaşlığı”nın Rusiyaya qarşı istiqamətləndiyini deyənləri şərh etmək istərdim. Bu, belə deyil. “Şərq tərəfdaşlığı” Rusiya və Aİ arasında gözəllik müsabiqəsi deyil”, - o qeyd edib.
Tusk vurğulayıb ki, Aİ “stabilliyin pozulmasına, aqressiyaya, hətta müharibəyə” baxmayaraq vahid qalır.
O qeyd edib ki, Avropa liderlərinin 28-dən 25-i eyni mövqeni tutur.
“Bu gün mən tamamilə əminəm ki, “Şərq tərəfdaşlığı” 5 il bundan əvvəl olduğu kimi qitəmizin yalnız mərkəzi və ya şərqi hissəsi üçün prioritet deyil. Aİ bütün şərqi tərəfdaşlıq tərəfləri ilə münasibətləri yaxşılaşdırmaq istəyir”, - Tusk bildirib.