Nyu-Yorkun üç min sakini arasında aparılan araşdırma onların 13,9%-nin koronavirusa qarşı anticisimlərə malik olduğunu ortaya çıxardıb.
“RİA Novosti” xəbər verir ki, bunu ştatın qubernatoru Endrü Kuomo bildirib.
E.Kuomonun sözlərinə görə, bu ştatda 2,7 milyon insanın koronavirusa yoluxduğunu deməyə əsas verir.
“Biz Nyu-Yorkda yoluxma göstəricilərini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırma apardıq. Əlimizdə təxminən üç min test var. Sınaqlar evdə oturmayan insanlardan götürülüb. Aydın olan odur ki, koronavirusa yoluxanların 13,9%-də xəstəliyə qarşı anticisimlər formalaşıb”, - deyə qubernator vurğulayıb.