Çinin Uhan şəhərindən təxliyyə edilən Almaniya vətəndaşlarının ikisində koronavirus aşkarlanıb.
Bu barədə Almaniyanın Hermershaym rayonunun administrasiyası məlumat yayıb.
Bildirilir ki, Çindən çıxarılan 115 Almaniya vətəndaşı hazırda karantin bölgəsindədirlər.
Bu səhər alınan analizlər nəticəsində məlum olub ki, onlardan iki nəfərdə bu virus var.
Bununla da Almaniyada koronavirusa yoluxanların sayı 10-a çatıb.