Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Uitkoff ABŞ-nin Rusiya-Ukrayna üzrə danışıqlarında irəliləyiş əldə etdiyindən danışdı
"ABŞ Ukrayna münaqişəsinin həlli üzrə Rusiya ilə razılaşmaya dair irəliləyiş əldə edir".
Oxu.Az-ın "Fox News"a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff razılaşmanın yaxın zamanda imzalanacağına əmin olub-olmadığı sualına cavabında deyib.
Uitkoffun sözlərinə görə, o, Rusiya Prezidenti Vladimir Putinlə ümumilikdə üç görüş keçirib.
Diplomat qeyd edib ki, hazırda Ukrayna üzrə danışıqlar "hansısa vacib" mərhələdədir.
"Düşünürəm ki, biz qlobal mənada dünya üçün çox vacib olacaq bir şeyin astanasında ola bilərik", - deyə o bildirib.
Həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, Rusiya ilə ABŞ arasında kommersiya tərəfdaşlığı vasitəsilə münasibətləri bərpa etmək imkanı var.
"Rusiya-Ukrayna münaqişəsi" teqi üzrə xəbərlər
- ABŞ-nin Ukraynada sülh təşəbbüslərinin detalları məlum oldu
- ABŞ Ukrayna danışıqlarından çıxa bilər - Şərt irəli sürüldü
- Ukraynada savaşın görünməyən qəhrəmanı: "18 mindən çox cəsədi DNT metodu ilə araşdırmışam"
- Rusiya Ukraynaya 909 hərbçinin meyitini qaytardı
- Ermənistan BMT-də Rusiyanı ittiham edən qətnaməni dəstəkləyib