ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna məsələsinə dair yeni görüşün keçiriləcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
"Qrafikimizdə daha bir görüşün keçirilməsi nəzərdə tutulub", - deyə Uitkoff bildirib. Amma o, konkret hansı görüşdən söhbət getməsi və onun dəqiq vaxtı barədə bilgi verməyib.
Xatırladaq ki, Uitkoff bundan əvvəl Ukrayna üzrə danışıqların növbəti mərhələsində Avropa nümayəndələrinin də iştirak edəcəyini bildirmişdi. Eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Putinlə ABŞ lideri Donald Tramp arasında görüşün planlaşdırıldığını bəyan edib.