Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Oxu.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunda 5-ci mikrorayonun, 3005-ci məhəllənin və 20 Yanvar küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Qaynar xətt:
(055) 224 12 12