Dünya şöhrətli mərhum müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braun Corciadakı evində huşsuz vəziyyətdə tapılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, onu həyat yoldaşı Nik Qordon və ailənin dostu aşkar ediblər.
Bobbi Atlanta yaxınlığındakı Rozuell xəstəxanasına yerləşdirilib. Son məlumata görə, 21 yaşlı gənc qızda beyin şişi aşkarlanıb və o, süni komaya salınıb.
Onun yanına yalnız müğənni atası Bobbi Braunu və aktyor Tayler Perrini buraxıblar.
Qeyd edək ki, Bobbinin anası Uitni Hyuston 3 il bundan əvvəl-2012-ci ilin 11 fevralında vəfat edib. Qızı Bobbi onun ölümünü ağır keçirib, yaxınları hətta qızın intihar etmək həddində olduğunu da bildiriblər.
Bobbi Kristina Braun Hyustonun 20 milyonluq varidatının sahibidir.
31.01.2015 22:51
Amerikanın məşhur müğənnisi və aktrisası Uitni Hyustonun 21 yaşlı qızı Bobbi Kristina Braun şənbə günü Atlanta (Corciya ştatı) xəstəxanasına çatdırılıb.
KİV-in məlumatına görə, qızın əri Nik Qordon ailəsvi dostu ilə birgə Bobbi Kristinanı vanna otağında huşsuz vəziyyətdə tapıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə yerinə gələn həkimlər qızı reanimasiya edə bilib. Hadisənin səbəbləri hələ məlum deyil.
Bobbi Kristina Braun qaradərili musiqiçi Bobbi Braun və Uitni Hyustonun qızıdır. Uitni Hyuston 2012-ci ilin fevralında narotiklərdən artıq istifadə etdiyinə görə dünyasını dəyişib. Bobbi anasının ölümündən böyük sarsıntı keçirirdi və əsəb pozuntusu ilə iki dəfə xəstəxanaya düşüb. Onun qohumları qızın anasının taleyini təkrar edə biləcəyi ilə bağlı narahatlıqlarını bildirmişdilər.