Ukraynanın "Flaminqo" ballistik raketinin ilk fotosu dərc edilib.
Oxu.Az xəbər verir ki, fotonu "Associated Press"in fotoqrafı Efrem Lukatski öz "Facebook" səhifəsində paylaşıb.
Onun sözlərinə görə, raket 3 min km məsafə qət etməyə qadirdir. O Ukrayna istehsalıdır və artıq seriya istehsalına başlanılıb.
Lukatski qeyd edib ki, o, "Flaminqo"nun şəklini üç gün əvvəl respublikanın aparıcı müdafiə şirkətlərindən birinin emalatxanasında çəkib.