Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ukrayna Danimarkadan "F-16"ların ikinci partiyasını aldı
"Ukrayna Danimarkadan "F-16" qırıcılarının ikinci partiyasını aldı. Qərb təyyarələri artıq Ukraynadadır".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında paylaşım edib.
"Danimarkadan göndərilən "F-16"ların ikinci partiyası artıq Ukraynadadır. Bu, həyatın mühafizəsi üzrə Danimarkanı fərqləndirən liderlikdir.
Bu təyyarələr artıq Rusiya raketlərini vurur, ukraynalıları və infrastrukturu xilas edir.
İndi bizim hava qalxanımız daha da güclənib. Əgər bütün tərəfdaşlar belə qətiyyətli olsaydılar, artıq terroru mümkünsüz etmək olardı. Mette (Danimarkanın Baş naziri Mette Frederiksen - red.), sənə, sənin komandana və bütün Danimarka xalqına təşəkkür edirəm", - deyə Zelenski paylaşımda yazıb.
Xatırladaq ki, tərəfdaşlar Ukraynanı müasir qırıcılarla gücləndirmək üçün aviasiya koalisiyası yaradıblar. Bu çərçivədə Ukrayna müttəfiqlərindən "F-16" təyyarələri alıb.
2024-cü ilin avqustunda tərəfdaşlardan ilk "F-16" qırıcılarının Ukraynaya gəldiyi rəsmən məlum olub. Ukraynanın neçə təyyarə aldığı dəqiq bilinmir. İlk "F-16"ları Ukraynaya Niderland və Danimarka veriblər.
"Ukrayna" teqi üzrə xəbərlər
- Ukrayna ABŞ qarşısında şərt qoyub
- Ukraynanın keçmiş prezidenti Poroşenkodan Zelenskiyə təcili çağırış
- Politoloqdan Ukraynanı "Finlandiyaya çevirmək" təklifi: "Son şansdır"
- Niderlanddan Ukraynaya pilotsuz təyyarələrin istehsalı üçün 500 milyon avro
- Tramp: "Həftəsonu Ukrayna nizamlanmasında böyük irəliləyiş əldə edilib"