Ötən gecə Ukrayna dronları Rusiyanın Krasnodar vilayətində "Kropotkin" elektrik yarımstansiyasını vurub və nəticədə yanğın baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Krasnodar vilayətinin operativ qərargahından məlumat verilib. Həmçinin bir sıra "Telegram" kanalları hadisə ilə bağlı videokadrlar yayımlayıb.
"Yerli sakinlərin ilkin məlumatlarına görə, "Kropotkin"də PUA (pilotsuz uçan aparat) hücumundan sonra dəmir yolu ərazisindəki elektrik yarımstansiyası yanır", - deyə məlumatlarda bildirilib.
Ukrayna dronları Rusiyanın Krasnodar vilayətində elektrik yarımstansiyasını vurub