Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tatarıstanda yaşayış binasına dron hücumu: Ölkədə bütün kütləvi tədbirlər ləğv edildi
Tatarıstanda dekabrın 21-22-si üçün planlaşdırılan bütün kütləvi tədbirlər ləğv edilib.
Oxu.Az-ın "Tatar-inform" nəşrinə istinadən xəbərinə görə, bu barədə region rəhbərinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimova məlumat verib.
"Tatarıstan Respublikasının rəisinin qərarına əsasən, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yaxın iki gündə (şənbə, bazar) respublikada bütün kütləvi tədbirlər ləğv edilib", - deyə o bildirib.
Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Ukrayna dronu 37 mərtəbəli yaşayış binasına çırpılıb.
Oxu.Az-ın Rusiya "Telegram" kanallarına istinadən xəbərinə görə, bu barədə hadisə şahidləri məlumat veriblər.
Məlumata görə, səhər saatlarında şəhərin Sovetski rayonundakı "Lazurnıye nebesa" premium yaşayış kompleksinə dəyən zərbə nəticəsində yanğın baş verib və çoxmərtəbəli binanın yuxarı mərtəbələrində tüstülənmə başlayıb. Hadisə yerində operativ xidmətlər çalışır. Hazırda sakinlər təxliyə edilirlər. Ətrafda nəqliyyatın hərəkəti dayandırılıb.
Həmçinin, Rusiya Müdafiə Nazirliyindən verilən xəbərə görə, hava hücumundan müdafiə qüvvələri Moskva vaxtı ilə saat 07:50-də Tatarıstan ərazisi üzərində Ukraynaya məxsus dronu vurublar.
Rəylər