Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqı ilə assosiasiya haqqında sazişlər imzalayıblar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, imzalanma mərasimi Brüsseldə Avropa İttifaqının sammiti çərçivəsində baş tutub.
Müvafiq sənədlərə Ukrayna prezidenti Pyotr Poroşenko, Gürcüstan baş naziri İrakli Qaribaşvili, Moldova baş naziri Yuri Lyanke, habelə Avropa İttifaqı Şurasının prezidenti Van Rompey, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu və Avropa İttifaqı ölkələrinin liderləri imza atıblar.
Qeyd edək ki, Ukrayna, Gürcüstan və Moldovanın imzaladığı sazişlər Avropa İttifaqı ilə azad ticarəti nəzərdə tutur.