İyunun 3-də Ukraynanın Donetsk vilayətində antiterror əməliyyatı zamanı 300 nəfər terrorçu öldürülüb, 500 nəfər yaralanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu antiterror əməliyyatının spikeri Vladislav Seleznyov deyib.
V.Seleznyov bildirib ki, son əməliyyat zamanı iki nəfər ukraynalı hərbçi ölüb, 45 nəfər yaralanıb.