Ukrayna Müstəqil Dövlətlər Birliyindən çıxmaq prosesinə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə may ayının 26-da “Ukrinform”da ölkənin Milli təhlükəsizlik və müdafiə Şurasının katibi Andrey Parubiya deyib:
“MTMŞ tərəfindən yalnız MDB-də sədrliyi dayandırmaq deyil, hətta MDB-dən çıxmaq prosesi də başlayıb”, - Parubiy bəyan edib.
O, həmçinin qeyd edib ki, Ukrayna ərazisində ordunun və ölkənin təhlükəsizliyinin zəmini olan müttəfiq ölkələrlə müştərək hərbi təlimlər keçiriləcək.
Ukrayna hakimiyyəti müvafiq planı yaxın zamanlarda hazırlayacaqlar. Parubiyanın sözlərinə görə, müttəfiq ölkələrə müraciət artıq hazırdır.
Mart ayının 19-da Ukrayna MDB-də sədrlikdən imtina edib. Ukrayna XİN-in bəyanatında deyilir ki, MDB iştirakçı ölkələr arasında mövcud münaqişələri həll etmə funksiyasını yerinə yetirmir, əksinə ayrı-ayrı üzvlərin, o cümlədən də Rusiya Federasiyasının maraqlarını realizə edən bir alətə çevrilib.
Aprel ayında Belarusiya Ukraynanın əvəzinə sədrliyi öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.