Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ukrayna məhkəməsindən Dağıstan rəhbəri ilə bağlı HƏBS QƏRARI
Ukraynanın Çernovitski Rayon Məhkəməsi Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikovu qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib. Buna səbəb onun Rusiya tərəfindən hərbi əməliyyatların iştirakçılarına fəal dəstək verməsi olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Çernovitski vilayəti üzrə idarəsi "Facebook" səhifəsində məlumat verib.
Məlumata görə, Melikov Ukraynanın ərazi sərhədlərinin dəyişdirilməsinə yönəlmiş hərəkətlərin maliyyələşdirilməsi maddəsi üzrə təqsirli bilinib.
Ukrayna hüquq-mühafizə orqanları xüsusilə vurğulayırlar ki, Dağıstanın rəhbəri Rusiya Federasiyası Silahlı Qüvvələrinə "hərtərəfli dəstək" verir və respublika sakinlərini də ondan nümunə götürməyə çağırır:
"2020-ci ilin oktyabrından Dağıstana rəhbərlik edən Sergey Melikov həqiqətən də irimiqyaslı humanitar yardım proqramı təşkil edib. Respublika başçısının mətbuat xidmətinin martın 23-də dərc etdiyi məlumata görə, Dağıstandan müharibə iştirakçılarına göndərilən humanitar yardımın həcmi artıq 25 min tonu ötüb".
"Ukrayna" teqi üzrə xəbərlər
- Rusiya Silahlı Qüvvələri Sumı və Xarkov vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürüb
- Məşhur rusiyalı müğənni Ukraynada axtarışa verildi
- Rusiyanın zərbəsi Kiyevi alt-üst etdi - Sakinlər göz yaşları içində olanları danışdılar
- İstanbul sahilində Ukraynaya məxsus kamikadze dronu aşkarlanıb
- İsveçdə Ukraynanın gələcəyinin müzakirə ediləcəyi "gizli görüş" keçiriləcək