"Ukrayna gələn il müttəfiqlərindən müdafiə məqsədilə 60 milyard dollar almaq üçün Avropa İttifaqı və NATO üzvləri ilə danışıqlar aparır".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal özünün "Telegram" kanalında məlumat verib.
"Gələn il müdafiə üçün ən azı 120 milyard dollar lazım olacaq. Biz müttəfiqlərin dəstəyi ilə bu məbləğin yarısını cəlb etmək üçün digər ölkələrlə işləyirik", - deyə o yazıb.
Bundan əvvəl Denis Şmıqal, həmçinin bəyan etmişdi ki, Kiyevə 2025-ci ildə silah alışı ilə bağlı büdcə kəsirini bağlamaq üçün 6 milyard dollar lazımdır.