Ukraynada davam edən müharibə səbəbindən bu ölkəni tərk edənlərin sayı günbəgün artır. Aralarında azərbaycanlıların da olduğu insanlar əsasən Avropa İttifaqı ölkələri istiqamətinə üz tuturlar.
Baku TV-nin Şərqi Avropa bürosu Ukraynanın İttifaqla əsas sərhədlərindən olan Ujqorod, Vişne-Nemeske və Çop şəhərlərindəki sərhəd-keçid məntəqələrində olub. Bu şəhərlərdəki keçid məntəqələri İttifaqın Macarıstan və Slovakiya respublikaları ilə sərhəddə yerləşir.
Yerli sərhədçilərin bildirdiyinə görə, gün ərzində buradan hər məntəqə üzrə təqribən 4-5 min adam ölkəni tərk edir.
Qeyd edək ki, hazırda hərbi rejimə əsasən 18 yaşdan 60 yaşa qədər Ukrayna vətəndaşı olan kişilərin ölkəni tərk etməsi qadağandır.
Ətraflı videonu təqdim edirik: