"Ukrayna Rusiyanın faktiki olaraq nəzarət etdiyi əraziləri güzəştə getməyə hazırdır, baxmayaraq ki, bunu hüquqi cəhətdən heç vaxt tanımayacaq".
Oxu.Az-lenta.ru-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq deyib:
"Kiyev başa düşür ki, atəşkəs elan edildikdə tərəflər mövqelərində qalacaqlar. Ukrayna döyüş əməliyyatlarının hazırkı xətt üzrə dayandırılmasına hazırdır", - o qeyd edib.
Eyni zamanda, Kelloq vurğulayıb ki, ABŞ Ukrayna münaqişəsinin həlli istiqamətində vasitəçilik səylərindən əl çəkmir.