Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin təchizatı üçün mühüm əhəmiyyət kəsb edən Şimali Krım kanalı üzərindəki dəmir yolu körpüsünü sıradan çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı rəsmi mənbələrə istinadən informasiya yayıb.
Qeyd olunur ki, iyunun 18-nə keçən gecə Ukrayna qüvvələri Şimali Krım kanalından keçən dəmir yolu körpüsünə zərbələr endiriblər.
Vurulan körpünün yerləşdiyi dəmiryol xətti Rusiya qoşunları üçün strateji önəm daşıyır. Belə ki, Rusiya bu xətt vasitəsilə cənub istiqamətində fəaliyyət göstərən qüvvələri üçün ağır texnika, sursat və yanacaq daşıyır.