Ukrayna Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyətin tətbiq edilməsi haqqında qərarına əsasən, Baş Qərargah rəisi - Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Ukrayna Silahlı Qüvvələrinin “tam” döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı sərəncam verib”, - Müdafiə Nazirliyindən bildirilib.
www.oxu.az
Rəylər