Prezident Vladimir Zelenski Ukraynanın piyada əleyhinə minaların istehsalı və istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Roman Kostenko sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, Zelenski öz fərmanı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının konvensiyadan çıxmaq barədə qərarını qüvvəyə mindirib.
Qeyd edək ki, Ottava Konvensiyası 1997-ci il dekabrın 3-də imzalanıb və 1 mart 1999-cu ildə qüvvəyə minib. Bu konvensiya piyada əleyhinə minaların istifadəsini, yığılmasını, istehsalını və ötürülməsini qadağan edir, həmçinin onların ehtiyatlarının tamamilə məhv edilməsini nəzərdə tutur. Konvensiyaya 163 ölkə qoşulub.