Ukrayna prezidenti Petr Poroşenkonun saytında ölkə paytaxtının dəyişdirilməsinin xahiş edildiyi petisiya peyda olub.
Oxu.Az bu barədə “Gazeta.ru”ya istinadən xəbər verir.
“Ukraynanın paytaxtını Sumsk vilayətinin Şostka şəhərinə köçürməyi təklif edirəm”, - sənədin mətnində deyilir.
Hazırda petisiyanı tələb edilən 25 min nəfərdən 25 nəfər imzalayıb.
Fevralın sonunda Ukryananın paytaxtını Kiyevdən Kanevə köçürmək planlaşdırılırdı. Bu təklif ilə ukraynalı siyasətçi Boris Kolesnikov çıxış etmişdi.