Lutska şəhərinin polis rəisi Vasiliy Marçişak 19 fevralda, onun rəhbərliyi altında olan polis əməkdaşlarının “xalqın tərəfinə keçdiklərini” elan etdikdən sonra o, dəbilqə, qalxan və dəyənəklərin nümayişə çıxanlara vermələrini deyib.
Bu haqda məlumatı Oxu.Az NBN-ə istinadən verib.
“Polis konflikt istəmir və xalqın tərəfinə keçir”, - deyə Marçişak açıqlama verib. Bununla yanaşı, o nümayişə çıxanlara odlu silah verməkdən boyun qaçırıb. Vilayət polisinin rəhbərliyi yerli nümayiş iştirakçılarına qarşı güc tətbiq edilməyəcəyini bildirib. Silahsız polis əməkdaşları idarəni tərk edərək evə gediblər.
Aksiyaçılar region Partiyasının və Ukrayna Kompartiyasının ofislərini yandırıb. Eləcə də yerli administrasiya binasının qarşısında yığılıblar.
Kiyevdən təyin olunmuş Valın vilayətinin qubernatoru Aleksandr Başkalenkonu aksiyaçılar vilayət polis idarəsində saxlayıblar. Onu döyüb, diz çökdürüb istefa haqqında arayışa qol çəkməyə məcbur ediblər. O, etiraz edəndə qubernatoru meydana “xalqla görüşə” göndəriblər. Bundan başqa, aksiyaçılar meydana qubernatorun ailə üzvlərini gətiriblər, bundan sonra o istefa ərizəsini imzalayıb.
Viktor Yanukoviçə qarşı çıxan aksiyaçılar, güc idarələrini və Lvov, Ternopol, İvano-Frankov vilayətlərinin administrasiya binalarını nəzarət altına alıblar.