Ukrayna prezidentinin müşavini Yuri Biryukov Facebook səhifəsində prezident Pyotr Poroşenkonun avtomatdan atəş açdığı videogörüntü yerləşdirib.
Videonun harada və nə vaxt çəkildiyi açıqlanmır.
“Yəqin bu videoya görə məni danlayacaqlar... Lakin mən həqiqətən də və tam şəkildə ona inanıram. Və hörmət edirəm. Və təkcə ona görə yox ki, o mənim bilavasitə rəhbərimdir”, - deyə, Biryukov yazıb.
O həmçinin qeyd edib ki, Poroşenko “əla atəş açır”.