Ukrayna prezidenti Petro Poroşenko Kieyvdə “Maydan” nümayişçilərinə qarşı cinayətə görə açılmış işlə bağlı dindiriləcək.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, prezident dindirilmək üçün noyabrın 29-da Baş prokurorluğa çağırılıb.
Lakin prezident administrasiyası Poroşenkonun hansı qismdə dindiriləcəyi ilə bağlı sorğunu cavablandırmayıb.
Qeyd edək ki, sentyabrın ortalarında Ukrayna baş prokuroru Yuri Luçenko bəyan etmişdi ki, Poroşenko 2013-2014-cü ildə Maydanda baş verən hadisələrlə bağlı ifadə verəcək.
E.Ə.
www.oxu.az