Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) iclasında Ukrayna prezidenti Petr Poroşenko Rusiya ilə hərbi-sənaye kompleksi (HSK) sahəsində əməkdaşlığı qadağan edib.
Oxu.Az İTAR TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin Ali Rada tərəfindən təyin edilmiş birinci müavini ICTV telekanalının efirində “Svoboda slova” verilişi zamanı Vitali Yarema bildirib.
“MTMŞ-nın iclasında Ukrayna prezidenti Rusiya ilə hərbi sferada əməkdaşlığı qəti şəkildə qadağan edib”, - Yarema deyib.
Bu zaman Yarema xatırladıb ki, daha öncə Ali Rada tərəfindən prezidentin vəzifələrinin icraçısı təyin edilmiş Aleksandr Turçinov Rusiya ilə hərbi sferada silah və sursatın istehsalı və Rusiyaya çatdırılması istiqamətində əməkdaşlığı dayandırmaq barədə fərman imzalayıb.
Baş nazirin birinci müavininin sözlərinə görə, yalnız ikili məhsulların istehsalına icazə verilib. Məsələn, həm hərbi, həm də mülki məqsədlərlə istifadə edilə biləcək helikopterlər üçün mühərriklərin istehsalına icazə verilib.
Ekspertlərin məlumatına görə, Ukraynanın Rusiya ilə HSK sahəsində əməkdaşlığının sona çatmasından 79 Ukrayna və 859 Rusiya müdafiə müəssisəsi zərər çəkəcək.
Ukrayna hakimiyyətinin qərarına cavab olaraq Rusiya baş nazirinin müavini Dmitri Roqozin öz Facebook səhifəsində hələ iyun ayının 10-da Ukraynadan gətirilən hərbi məhsulların tamamən əvəzlənməsini Minpromtorqun HSK planına daxil etdiyini bildirib.