Ukraynanın Nazirlər Kabineti 2015-2018-ci illər üçün nəzərdə tutulmuş Rusiya-Ukrayna dövlət sərhəddinin memarlıq-texniki abadlaşdırılması tədbirləri planını təsdiq edib.
Oxu.Az xəbər verir ki, müvafiq sərəncam hökumət portalında dərc edilib.
“Rusiya-Ukrayna dövlət sərhəddinin antiterror əməliyyatlarının aparıldığı əraziyə yaxın rayonların və Krım muxtar respublikasında memarlıq-texniki abadlaşdırılmasına dair tədbirlər planını təsdiq etmək”, - sənəddə deyilir.
Qeyd edildiyi kimi, DİN, Dövlət Sərhəd Xidməti, Regional İnkişaf Nazirliyinə tədbirlər planının maliyyələşdirilməsinin təmin edilməsinə dair göstəriş verilib.