Avqustun 3-də Ukrayna telekanalı “NewsOne”ın verilişlərinin birinin studiyasında aparıcı Mıkola Veresen ilə qonaq - politologiya elmləri doktoru Aleksandr Semçenko arasında münaqişə baş verib.
Oxu.Az-ın məlumatına əsasən, politoloq yüksək tonla Donbasın blokadaya alınmasının əleyhinə dəlillər gətirir, eləcə də, Poroşenkonu alçaldan sözlər işlədir.
Get-gedə mübahisə böyüyür və gözlənilmədən Veresen Semçenkonun üstünə bir stəkan su tökür. Cavab olaraq politoloq da aparıcını su ilə isladır və söyüş söyür. Bundan sonra aparıcı onun studiyadan çıxmasını tələb edir.
Su tökmə anı: 10:10
N.О.