Rəsmi Ukrayna tərəfdə döyüşən Gürcüstan vətəndaşları məsuliyyətə cəlb olunmayacaqlar”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Levan İzoriya deyib.
Gürcüstan parlamenti xaricdə silahlı qruplaşmalarda iştirakla görə cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik etməyi planlaşdırır: “Bu dəyişikliklər heç bir halda rəsmi Ukrayna hakimiyyəti tərəfindən aparılan döyüş əməliyyatlarında iştirak edən Gürcüstan vətəndaşlarına şamil edilməyəcək”, - deyə L. İzoriya bildirib.
Nazir müavinin sözlərinə görə, yalnız qanunsuz silahlı qruplaşmaların tərkibində döyüşən şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Qeyd edək ki, bəzi məlumatlara görə, hazırda 100-dən çox gürcü Ukrayna tərəfində döyüşür. Separatçıların tərkibində gürcülərin döyüşməsi barədə isə məlumat yoxdur.