Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ukraynada atəşkəs danışıqları: Rusiya ABŞ-dən nələri tələb edib?
Vaşinqtonun 30 günlük atəşkəs təklifindən sonra Rusiya ABŞ-yə Ukraynaya dair potensial razılaşma üçün tələblər siyahısını verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
"Vəziyyətlə tanış olan iki mənbə bildirib ki, Rusiya Vaşinqtona Ukraynada müharibənin dayandırılması və ABŞ ilə münasibətlərin bərpa edilməsi üçün razılaşma tələblərinin siyahısını təqdim edib", - deyə agentliyin məlumatında bildirilir.
"Reuters"in xəbərinə görə, konkret tələblər hələ açıqlanmayıb. Həmçinin Rusiyanın bu tələblər qəbul olunana qədər Kiyevlə sülh danışıqlarına başlamağa hazır olub-olmadığı da məlum deyil.
Agentliyin mənbələri bildiriblər ki, tələblər Ukraynanın NATO-ya üzvlüyündən imtina edilməsi, Rusiyaya birləşdirilmiş torpaqların onun parçası olaraq tanınması və Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməməsi də daxil olmaqla, Moskvanın əvvəlki şərtlərinə bənzəyir.
"Rusiya" teqi üzrə xəbərlər
- Rusiya və ABŞ nümayəndələrinin növbəti görüşü nə vaxt baş tutacaq? - Zaxarovadan AÇIQLAMA
- Peskovdan Ukraynada 30 günlük atəşkəs ilə bağlı bəyanata reaksiya
- Rusiyada pələng deputatı parçaladı
- Rusiya Kursk vilayətində beş yaşayış məntəqəsini nəzarətə götürdü
- Rusiya qoşunları Kursk vilayətində 12 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi