Ukrayna ordusu “Bayraktar” PUA-ları və “Javelin” tank əleyhinə raket sistemlərinin tətbiqi üzrə yeni taktiki təlimlər keçirib.
Bu barədə ölkənin Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı özünün “Facebook” səhifəsində məlumat verib.
Paylaşıma təlimlərdən müvafiq görüntülər də əlavə edilib.
Təlimlərin “Şiroki lan” poliqonunda baş tutduğu qeyd olunub.