Ukraynanın millət vəkili Aleksey Qonçarenko naməlum şəxslər tərəfindən qaçırılıb.
Oxu.Az UNİAN-a istinadən xəbər verir ki, bu məlumatı baş prokurorun mətbuat katibi Larisa Sarqan təsdiq edib.
“Mən hələlik yalnız təsdiq edə bilərəm”, - o deyib. Sarqanın sözlərinə görə, hüquq-mühafizə orqanı əməkdaşları bununla bağlı araşdırma aparır. Təfərrüatlar barədə bir qədər sonra məlumat yayılacaq.
N.О.
www.oxu.az