Ukraynanın Mariupol şəhərində hökumət qüvvələrinin terrorçulara qarşı əməliyyatı davam edir.
Oxu.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ukraynalı hərbçilər terrorçuların Daxili İşlər Nazirliyinin yerli şöbəsinə hücumunun qarşısını alıb.
Nəticədə 20 nəfər terrorçu öldürülüb.
Yerli separatçılar bildirirlər ki, Daxili İşlər Nazirliyinin yerli şöbəsinin binasını azad etməyə çalışan hökumət qüvvələri ağır texnikadan istifadə edirlər.