Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, yaxın zamanlarda səfərbərlik elan etmək niyyətində deyil. Lakin hərbi çağırış yaşı 20 yaşadək artırılacaq və bu barədə yekun qərar verilib.
Oxu.Az Ukrayna KİV-nə istinadla xəbər verir ki, bu barədə Poroşenko bazar günü telejurnalistlərlə görüşdə bəyan edib.
“Çağırışdan imtina etməyə hazırlaşırıqmı? Mən çox qeyri-populyar cavab verəcəm – xeyr”, - Poroşenko müsahibəsində deyib.
“Çağırışçılar Donbasda hərbi əməliyyatlar zonasına düşməyəcəklər, orduda müqavilə əsasında xidmət artırılacaq”, - o əlavə edib.