Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ukraynada prezident seçkisi keçirilə bilər
Ukrayna Prezidenti Volodimir Zelenski gələn il prezident seçkisi keçirməyi düşünür.
Oxu.Az xəbər verir ki, bu barədə "The Economist" yazır.
"Keçən il bütün əsas siyasi qüvvələrin seçkini münaqişənin sonuna qədər təxirə salmaq barədə razılığa gəlməsinə baxmayaraq, hakimiyyətin möhkəmlənməsi üçün seçkinin gələn il keçirilməsinin mümkünlüyü müzakirə olunur" , - məqalədə deyilir.
Nəşr müxalifət partiyalarının nümayəndələrinin fikirlərinə istinad edir ki, onlar da seçki ehtimalından danışırlar.
"Zelenskinin mümkün rəqibləri ilə bağlı müxtəlif fikirlər var, onların arasında Valeri Zalujnı diqqət çəkir. Sorğular göstərir ki, ukraynalılar keçmiş hərbçinin liderlik ideyasına müsbət yanaşırlar" , - nəşr qeyd edir.
Xatırladaq ki, Ukraynanın 2025-ci il büdcəsi layihəsində seçkinin keçirilməsi ilə bağlı xərclər nəzərdə tutulmayıb.
Zelenskinin Ukrayna prezidenti kimi səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatır. Bu il keçirilməsi nəzərdə tutulan seçki ləğv edilib. Bu qərara əsas kimi hərbi vəziyyət və ümumi səfərbərlik göstərilib.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Orban: "Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub"
- Zelenski NATO-ya üzvlüklə bağlı: Ukrayna alyansa daxil olarsa, hərbçilərinin sayını azaldacaq?
- Viktor Orban Volodimir Zelenskiyə səsləndi
- Zelenski müharibəni dondurmayacaqlarını dedi: "Tramp hələ çox şeydən məlumatlı deyil"
- Tramp: "Zelenski razılaşmaya hazır olmalıdır"
Rəylər