Ukraynanın İlovaysk ərazisində vurulmuş rus tankının videosu yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İlovaysk şəhərində Ukrayna ordusu separatçılara məxsus Rusiya T-72 tankını vurub.
Bu haqda Espreso TV telekanalı bildirib. Yayılan videoda tankın özü və ondan tapılmış müxtəlif sənədlər telekanalın jurnalistinə göstərilir.
Reportajda ekipajın taleyi haqqında bildirilmir.
Xatırladaq ki, İlovayskda Ukrayna ordusunun bir neçə batalyonu mühasirədə qalıb.
Ukraynada rus tankı vuruldu – VİDEO