“Günəşli” yatağındakı 5-ci özüldən 84 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Quyu Qirməki Üstü Qumlu Lay dəstəsindən, 3426-3387 metr intervaldan fontan üsulu ilə gündəlik 180 000 kubmetr qaz və 40 ton kondensat hasilat ilə istismara daxil edilmişdir.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
Gülnarə Zeynalova
www.oxu.az