Lvovda fevralın 28-dən etibarən saat 18:00-dan 00:00-dək mağaza və iaşə obyektlərində spirtli içkilərin satışı qadağan edilib.
Bunu şəhərin meri Andrey Sadovı deyib.
O, artıq müvafiq sərəncam imzalayıb və bazar iştirakçılarından “ona ciddi əməl etməyi” xahiş edib.
Həmçinin, martın 1-dən spirtli içkilərin Kiyev mağazalarından da yığışdırılacağı bildirilib.
Qeyd edək ki, fevralın 27-də Jitomir şəhərinin meri Sergey Suxomlin də pərakəndə satış məntəqələrində spirtli içkilərin satışını tamamilə qadağan etmişdi.
Mənbə: ubr.ua