Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ukraynada yeni xarici işlər naziri təyin edilib
Ukrayna Ali Radası ölkənin xarici işlər naziri vəzifəsinə birinci müavin Andrey Sibiqanı təyin edib.
Bu barədə Səs Partiyasından olan xalq deputatı Yaroslav Jeleznyak özünün "Telegram" kanalında məlumat verib.
O qeyd edib ki, bu qərarın lehinə 258 xalq deputatı səs verib və səsvermənin nəticələrini əks etdirən tablonun şəklini də paylaşıb.
Xarici İşlər Nazirliyinin saytında qeyd olunduğu kimi, Sibiqa 2016-2021-ci illərdə Ukraynanın Türkiyə Respublikasındakı səfiri olub. 2021-2024-cü illərdə Ukrayna Prezidenti Ofisinin rəhbər müavini, 2024-cü ildən isə Ukrayna xarici işlər nazirinin birinci müavini vəzifələrində çalışıb.
Əvvəllər bildirilmişdi ki, sentyabrın 4-də parlament Dmitri Kulebanın xarici işlər naziri vəzifəsindən azad edilməsi məsələsini müzakirə etməli idi. Jeleznyakın qeyd etdiyi kimi, ehtimal ki, istefaya lazımi 226 səs olmadığı üçün bu məsələ təxirə salınıb.
Bu gün, sentyabrın 5-də Ali Rada, nəhayət, Kulebanı vəzifəsindən azad edə bilib. Kulebanın işdən çıxarılması zamanı Radada iştirak etmədiyi və iş haqqında hesabat vermədiyi bildirilir.
"Ukrayna" teqi üzrə xəbərlər
- Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər
- Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib
- Slovakiyanın baş nazirindən iddia: "Zelenski mənə 500 milyon avro rüşvət təklif etdi"
- Tatarıstanda yaşayış binasına dron hücumu: Ölkədə bütün kütləvi tədbirlər ləğv edildi
- Slovakiya Ukraynanı münaqişə ilə hədələdi
Rəylər