Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Heydər Əliyev Beynəlxalq Aeroportunda ödənişsiz "WiFi" ləğv olunub? - RƏSMİ AÇIQLAMA
Heydər Əliyev Beynəlxalq Aeroportunda daim açıq, ödənişsiz "WiFi" internet olurdu. İndi onu hansısa səbəbdən kəsiblər.
Oxu.Az xəbər verir ki, belə bir narazılıq sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Qeyd olunub ki, əvvəl təyyarədən düşəndə "WhatsApp"dan istifadə etmək olurdu, indi onu da kəsiblər. "Yəni beşulduzlu aeroportumuzun sərnişinlərini internetlə təmin etmək imkanı yoxdur?" - deyə şikayətdə vurğulanıb.
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Nərmin Xəlilova Oxu.Az-a açıqlamasında problemin olduğunu təsdiqləyib.
"Heydər Əliyev Beynəlxalq Aeroportunda internet bağlantısının təkmilləşdirilməsi məqsədilə avadanlıqların yenilənməsi işləri aparılır. Bu proses sərnişinlərimiz üçün daha dayanıqlı və sürətli internet bağlantısı təmin etməyə yönəlib. Yenidənqurma işləri səbəbindən şəbəkəyə giriş müvəqqəti olaraq fasilələrlə məhdudlaşdırıla bilər", - deyə N.Xəlilova bildirib.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Bakı-Quba yolundakı təhlükə: Asfalt örtüyü DAĞILIB
- Sabirabad xəstəxanasında səhlənkarlıq İDDİASI: Təcili tibbi yardım maşınları çağırışa getmir?
- Peyin gölməçəsi, "varlılar üçün" zibil konteynerləri - Türkanda nə baş verir?
- Mərkəzi küçədə qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü CƏRİMƏLƏNDİ
- Parklanmadan çıxanlar avtobus zolağını "tapdalayırlar"? - "Kamera çəkir və cərimə yazılır"