Ukraynanın Odessa şəhərində hərbi çağırışdan yayınmaq istəyən kişi ağacın ən yüksək hissəsinə çıxıb.
Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir.
Məlumata görə, kişi beş mərtəbə hündürlüyündə olan ağacın başında üç saat oturub, daha sonra yanğınsöndürən maşınların köməyilə endirilib və hərbi komissarlığa aparılıb.
Ətrafa toplaşan yerli sakinlər onu komissarlıq əməkdaşlarının əlindən almağa çalışsalar da, bu, nəticə verməyib.