Moskva Ukrayna tərəfindən irəli sürülən tələblərin yolverilməz olduğunu hesab edir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası XİN rəhbəri Sergey Lavrov bəyan edib.
“Sözün əsl mənasında gülməli tələblər irəli sürülür, bu tələblər ağır texnikanı yalnız bir və ya iki sutka güllə atılmayacağı, yəni tam sakitçilik olacağı təqdirdə geri çəkəcəyini bəyan edən Kiyev hakimiyyətinin fikrini ifadə edir. Biz hamımız gözəl başa düşürük ki, ideal barışma, ideal atəşkəs rejimi yoxdur”, - Lavrov deyib
“Dünən Parisdə xarici işlər nazirləri səviyyəsində “normand dördlüyü” görüşüb, bizim alman əməkdaşımız ağır texnikanın geri çəkilmədiyi təqdirdə qarşıdurma riskinin yüksək olması ilə tamamən razılaşıb”,- nazir əlavə edib.
www.oxu.az