Rusiya ordusunun Ukraynanın Sumı vilayətindəki enerji obyektlərini bombalaması nəticəsində 72 yaşayış məntəqəsi işıqsız qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Sumı vilayətinin hərbi administrasiyası məlumat yayıb.
Qeyd olunur ki, hazırda 72 yaşayış məntəqəsində 18,5 min abonentin elektrik təchizatı tamamilə dayandırılıb. Hazırda qəza-bərpa işləri aparılır.
Rəylər