Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Minsk "Dinamo"su: "Sumqayıtdakı stadion prioritet variantlardan biridir" - ÖZƏL
"UEFA tərəfindən klublarımızın Belarusda oyun keçirməsinə qoyulan məhdudiyyətlər səbəbindən yaranmış vəziyyətə görə Minsk "Dinamo"su avropakubokların ev oyunlarını keçirmək üçün bir neçə variantı nəzərdən keçirir".
Bu barədə Oxu.Az-a Belarus klubunun Mətbuat Xidmətindən bildiriblər.
"Sumqayıt şəhərindəki Mehdi Hüseynzadə adına stadion bizim üçün prioritet variantlardan biri kimi nəzərdən keçirilir. Lakin bu məsələdə bütün tərəflərin, yəni Azərbaycan, Belarus və ən əsası - UEFA-nın razılığı lazımdır. Bundan əlavə, təhlükəsizliyin təmin edilməsi, şəhər hakimiyyətinin və bilavasitə "Sumqayıt" klubunun icazəsi mühüm əhəmiyyət kəsb edir.
Göstərilən bütün məsələlər razılaşdırıldığı təqdirdə "Dinamo" müvafiq bəyanat yayacaq", - deyə Minsk komandasının Mətbuat Xidmətindən vurğulayıblar.
Fərid Novruzov
"Dinamo Minsk" Azərbaycanda keçirilməsi gözlənilən matçına azarkeşlər buraxılmayacaqlar.
Bu barədə Oxu.Az-ın "Dinamo Minsk" klubunun Avropa Liqasının mümkün qrup mərhələsində ev oyununun Sumqayıtda keçirilməsi ilə bağlı sualına cavab olaraq "Sumqayıt" FK-nın Mətbuat Xidmətindən bildiriblər.
Klubun mətbuat katibi Zaur Xudiyev qeyd edib ki, "Dinamo Minsk"in avrokubok matçının Sumqayıt şəhər stadionunda keçirilməsi hələ ki dəqiqləşməyib:
"Hazırda UEFA və klublarla üçtərəfli danışıqlar davam edir. Danışıqların yekununda görüşün Sumqayıtda keçirilməsi nəzərdə tutulsa belə, qarşılaşmaya azarkeşlər buraxılmayacaqlar".
Xatırladaq ki, Ukraynada münaqişə başladıqdan sonra Avropa futbol rəsmiləri Belarus futboluna sanksiyalar tətbiq ediblər. Bu ölkənin komandalarına və milli yığmalarına Belarusda klub və milli komandaları qəbul etmək qadağan edilib, yalnız neytral meydançada və tamaşaçısız oynamağa icazə verilib. İki il yarım ərzində belaruslar rəqiblərini Serbiyada, daha sonra isə Macarıstanda qəbul ediblər.
"Dinamo Minsk"in Avropa Liqasının pley-off mərhələsində "Anderlext"lə oyunu isə avqustun 22-də Macarıstanın Mezekeveşd şəhər stadionunda keçiriləcək.
Anar Hasanov
"Dinamo Minsk" komandası ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.
Oxu.Az Metaratings.by-a istinadla xəbər verir ki, hazırda Avropa Liqasının pley-offunda iştirak edən Belarus təmsilçisi Belçika "Anderlext"inə qalib gəlsə, bu turnirin, məğlub olsa, Konfrans Liqasının qrupunda çıxış edəcək.
Bildirilib ki, "Dinamo Minsk" rəqiblərini Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qəbul edəcək. Artıq Azərbaycan tərəfi ilə bütün detallar razılaşdırılıb.
Qeyd edək ki, UEFA Belarus komandalarının ev oyunlarını öz ölkələrində keçirmələrini qadağan edib. Ötən mövsüm bu komanda təsnifat mərhələsində rəqiblərini ölkəmizdə qəbul etmişdi.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"
- "Atletiko Madrid" rəsmiləri Tibo Kurtuanın xatirə lövhəsini sökdürdülər
- FKSB klubu "Qarabağ"la daha erkən "görüşəcək"
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- Səudiyyə Ərəbistanından olan futbolçu Avropa Liqasının tarixinə düşüb
Rəylər