Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ukraynanın kreditləri Rusiyanın hesabına qaytarılacaq
Böyük Yeddilik (G7) ölkələrinin maliyyə nazirləri Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına kreditin verilməsi ideyasını dəstəkləyiblər.
Bu barədə nazirlərin görüşünün yekunlarına dair bəyanatda deyilir.
ABŞ-nin müvafiq təklifi üzrə müzakirələr İtaliyanın Stresa şəhərində keçirilib. Təklif Ukraynaya 50 milyard dollara yaxın kreditin ayrılmasına əsaslanır. Bu kredit tədricən Rusiya Mərkəzi Bankının təxminən 190 milyard dollar dəyərində aktivlərindən əldə edilən gəlirlər hesabına qaytarılacaq.
Nazirlər bu ideyanı dəstəkləyib, iyunda keçiriləcək sammitdən əvvəl kreditin necə strukturlaşdırılması ilə bağlı variantlar təqdim olunacağını bildiriblər.
Mənbə: eurointegration.com.ua
"Ukrayna" teqi üzrə xəbərlər
- Zelenski Quru Qoşunlarına yeni komandan təyin etdi
- Rusiya Ukrayna ilə hərbi əsirlərin mübadiləsini aparıb
- Rusiya Silahlı Qüvvələri Sumı və Xarkov vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürüb
- Məşhur rusiyalı müğənni Ukraynada axtarışa verildi
- Rusiyanın zərbəsi Kiyevi alt-üst etdi - Sakinlər göz yaşları içində olanları danışdılar