Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ukraynaya verilən "F-16" qırıcılarından biri qəzaya uğrayıb
Ukrayna Silahlı Qüvvələri ölkəyə gətirilən ilk "F-16" qırıcılarından birini itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti amerikalı məmura istinadən məlumat yayıb.
Məmurun sözlərinə görə, təyyarə vurulmayıb, lakin qəza raket hücumu zamanı baş verib. Çox güman ki, qırıcı pilotun səhvi nəticəsində qəzaya uğrayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 27-də keçirdiyi mətbuat konfransında bir gün əvvəl, avqustun 26-da hücum zamanı "F-16"ların köməyi ilə bəzi raketləri vurduqlarını bildirmişdi. O, itkilər barədə heç nə deməyib.
"The Wall Street Journal" qeyd edir ki, Ukrayna Hərbi Hava Qüvvələri qəza və ya pilotun statusunu təsdiqləməyib. Pentaqon sualları şərh üçün Ukrayna Hərbi Hava Qüvvələrinə yönləndirib.
"F-16" teqi üzrə xəbərlər
- Düşmənlərin canına qorxu salan təyyarənin özəllikləri: Türkiyənin seçiminin əsas məqsədi
- Danimarka Ukraynaya "F-16" qırıcıları verib
- Türkiyə yeni döyüş təyyarələri alır - Xarici işlər naziri Hakan Fidandan AÇIQLAMA
- Ukraynanın "qələbə planı" və nüvə dilemması: "Silahı verirlər, vurmağa qoymurlar"
- Niderland Ukraynaya ilk "F-16"ların çatdırılmasını rəsmən təsdiqlədi
Rəylər