"Türkmən alabayının yetişdirilməsi" nominasiyası UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkmənistanın Dövlət Teleradio şirkəti məlumat yayıb.
Bu qərar dekabrın 11-də UNESCO-nun qeyri-maddi irsin qorunması üzrə hökumətləarası komissiyasının Nyu-Delhidə keçirilən 20-ci sessiyasında yekdilliklə qəbul olunub.